Hadisə

Azərbaycanlı iş adamı futbolçuların pulunu vermir

Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus Rusiyanın “Ximki” klubunda futbolçuların əmək haqlarının verilməsində gecikmələr yaranıb.

 

Komanda üzvləri 2024-cü ilin noyabr və dekabr aylarının maaşlarını hələ ala bilməyiblər. Bununla əlaqədar oyunçular Türkiyədəki qış təlim-məşq toplanışında yoldaşlıq görüşünü boykot etməyə hazırlaşırlar.

 

Sadıqov yaxın günlərdə borcu bağlasa, futbolçular etiraz aksiyasını ləğv edə bilərlər. O, 2024-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdı. İş adamı dələduzluqda ittiham olunurdu.

 

Qeyd edək ki, “Ximki” hazırda Rusiya Premyer Liqasında 18 oyundan 16 xalla 13-cü yerdə gedir.

Tacxeber.com

Oxşar xəbərlər

İstanbul-Mərakeş təyyarəsində qapını sındırdılar – Faciəvi hadisə

redaktor

Bakıda avtoyuma məntəqəsinin işçisi maşında faciəvi şəkildə öldü – FOTO

admin

Azərbaycanda ŞOK hadidə – Yasamalda qadının öz 14 yaşlı uşağını 2 ildir ki, seks işçisi kimi satdığı deyilir.

admin