25 C
Bakı
17 Avqust 2026 11:42
CəmiyyətHadisə

İctimai fəal Afiəddin Məmmədov aclıq aksiyasına başlayıb

 

Həbsdə olan ictimai fəal Afiəddin Məmmədov ölkədə gedən proseslərə və silsilə həbslərə etiraz olaraq aclıq aksiyasına başlayıb.

 

Bu barədə Afiəddinin yaxınları məlumat verib.

 

Afiəddin Məmmədovun səhhətində bir sıra problemlərin mövcud olduğu bildirilir. Fəal aclıq aksiyasının müddətsiz olduğunu bildirib.

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, 2023-cü ilin sentyabrından həbsdə olan ictimai fəal Afiəddin Məmmədov 8 il azadlıqdan məhrum edilib.

 

İctimai fəal son sözündə bildirmişdi ki, ona cəza istəyən prokurordan, hökm kəsən hakimlərdən fərqli olaraq, vicdanla yaşadığına görə ona veriləcək cəzaya görə narahat deyil, əksinə, ümidlidir. Hesab edir ki, zülmət səma aydınlanacaq: “Qızıl ulduz yaxınlaşır…”

 

Tacxeber.com

Oxşar xəbərlər

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor

Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir

redaktor

Naxçıvanda çörək sexlərindən şikayət: “Çəkini azaldıb alıcını aldadırlar”

admin