24.2 C
Bakı
28 İyun 2026 21:50
Cəmiyyət

Famil Xəlilova hökm oxundu

Qanunsuz narkotik dövriyyəsində ittiham edilən olan ictimai fəal Famil Xəlilovun məhkəmə araşdırması başa çatıb.

 

Tacxeber.com qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

 

Azər Tağıyevin sədrlik etdiyi hakimlər belə qənaətə gəliblər ki, müttəhimə külli miqdarda qanunsuz narkotik dövriyyəsi maddəsi ilə verilmiş ittiham eyni maddənin daha yüngül – satış məqsədi olmadan narkotik vasitəni əldə etmə, daşıma və ya saxlama bəndinə tövsif edilməlidir.
Eyni zamanda ona cəza təyin edilərkən sağlamlıq vəziyyəti nəzərə alınmalıdır.

 

Hökmə əsasən, F.Xəlilova 3 il azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Həmin cəza 2 il sınaq müddəti seçilməklə şərti hesab edilib.

 

Qeyd edək ki, təqsirlındirilən ictimai fəal sağlamlıq vəziyyəti ilə bağlı ev dustaqlığına buraxılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda “gey”lərin sayı niyə artıb? – Səbəbi bilindi

redaktor

Psixoloq Yeni il keçirməyənlərə etiraz etdi: “Başımızı bağlayaq, saqqalı da buraxaq, bədbinliyin içindən çıxmayaq?”

redaktor

Ramil Səfərovun xanımı seçki ilə bağlı qərarını verdi

admin