Dünya

Bu ölkədə ictimai yerlərdə üzü örtən geyimlər qadağan edildi

Qırğızıstan Prezidenti Sadır Japarov vətəndaşların ictimai yerlərdə üzünü örtən geyimdə görünməsini qadağan edən qanunu imzalayıb.

 

Tacxeber.com xəbər verir ki, müvafiq məlumat ölkə prezidentinin rəsmi saytında yerləşdirilib.

 

Bundan əlavə, yeni qanun qocalar evlərində, koloniyalarda və hərbi hissələrdə inancın tətbiqini, dini mərasimlərin keçirilməsini qadağan edir.

 

Dövlət həmçinin ictimai yerlərdə və təhsil müəssisələrində dini ədəbiyyatın yayılmasını məhdudlaşdırır. Dini zəmində siyasi partiyaların yaradılması da qadağandır. Bu qaydaların pozulması 20 min som (təxminən 374 manat) məbləğində cərimə ilə nəticələnəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan İranı İsraili dayandırmaq üçün birgə fəaliyyətə ÇAĞIRDI

redaktor

Qərb Rusiyanın çöküşünü tarixi fürsətə çevirir: Tramp sülh əvəzində Putinin istefasını istəyəcək

admin

Təhlükəli anlar: Eyfel qülləsi boşaldıldı

redaktor