25 C
Bakı
29 Avqust 2026 01:36
İdman

Fatih Terimin bahalı saatı gündəmə çevrildi

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terim mətbuatın gündəminə gəlib.

 

Tacxeber.com xəbər verir ki, “Əş-Şabab”a rəhbərlik edən mütəxəssis bu dəfə bahalı saatı ilə diqqətləri cəlb edib. 71 yaşlı çalışdırıcının 1,7 milyon lirə (təqribən 81 560 manat) dəyərində olan saatı medianın gündəmindədir.

 

“Breguet Tradition” 7067 kolleksiyasına aid olan saat 40 mm-lik korpus diametri ilə seçilir. Onun dizaynı skelet üslubundadır. Saatın ağ qızıl versiyası daha çox satılır.

 

Qeyd edək ki, Fatih Terim ötən il dekabrın 26-dan “Əş-Şabab”a rəhbərlik edir. O, Səudiyyə Ərəbistanı klubu ilə altı aylıq və dəyəri 1,6 milyon dollar olan müqavilə imzalayıb.(Oxu.Az)

 

 

Oxşar xəbərlər

Bir məğlubiyyət, min unudulan qələbə

redaktor

Aqil Abbas: “Qurban Qurbanovu gözdən salanlar səhv yol tuturlar, qısqanclıq edirlər”

redaktor

Əfsanəvi hokkeyçi Valeri Xarlamov

admin