25 C
Bakı
20 Avqust 2026 08:23
Cəmiyyət

“Dərmanların qiyməti getdikcə bahalaşır”

Aktrisa Cəmilə Tağızadə dərman qiymətlərinin bahalığından şikayətlənib.

 

Tacxeber.com xəbər verir ki, sənətçi insanların dərman alamağa gücü çatmadığını deyib:

 

“Hər şeyin bahalaşmasını bildik, amma dərmanların qiymətləri getdikcə kosmik olur. Elə insanlar var dərmansız qala bilmir və aylıq gəliri də aşağıdır. Bəs, bu insanlar necə çatdırsınlar? Olmaz ki, təqaüddə olanların dərmanlarına xüsusi endirim olsun? Evində övladı və köməyi olmayanların Allah köməyi olsun!

 

Az qalsın anamı hər ay müalicə etdirəm və həkimdən tutmuş, iynə dərmanlarına kimi nə qədər pul gedir. Çox şükür mən ailəni saxlayıram. Vay o haldan ki, yaşlı olub tək və bu təqaüdlə yaşayasan. Allah köməyimiz olsun”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda doğum azalır, ölüm artır

redaktor

İnflyasiya ən çox kasıbı sıxacaq: 5,7%-lik artım kimlərə təsir edəcək?

redaktor

Xalq belə olmur, kütlə belə olur! Azərbaycan insanı haçan öz taleyinə sahib çıxacaq?

redaktor