23 C
Bakı
11 Oktyabr 2026 15:02
Hadisə

Biləcəriyə şüşələri skoçlu avtobusla gedirlər: AYNA-dan AÇIQLAMA

Biləcəri istiqamətində hərəkət edən 91 saylı müntəzəm marşrut xəttindəki avtobuslarından birinin görüntüləri müzakirələrə səbəb olub.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda içərisində sərnişinlərin olduğu avtobusun arxa şüşəsiz, skoçlanmış halda idarə olunduğu görünür.

 

Belə olan halda vətəndaşlar sərnişindaşımalarda keyfiyyətin artırılması məqsədilə gedişhaqqı qiymətlərinə edilən artımları da yenidən gündəmə gətiriblər.

 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, istifadəyə yararsız halda olan avtobus artıq xətdən kənarlaşdırılıb.

 

Oxşar xəbərlər

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin

AZAL-ın Moskva reysləri təxirə salınıb

admin

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin