19 C
Bakı
10 Oktyabr 2026 12:17
HadisəMuharibə

AZAL-ın Moskva reysləri təxirə salınıb

“Azərbaycan Hava Yolları”nın (AZAL) oktyabrın 9-na planlaşdırılan Bakı–Moskva–Bakı marşrutu üzrə reyslərində Rusiya hava məkanındakı məhdudiyyətlər səbəbindən dəyişikliklər edilib.

AZAL-dan AZƏRTAC-a bildiildiyinə görə, səhər saatlarında Bakıdan Moskvaya yollanan J2-185 reysinin təyyarəsi Sankt-Peterburqa məcburi eniş edib. Hava məkanındakı məhdudiyyətlərin davam etməsi səbəbindən təyyarə Bakıya geri qayıda bilməyib. Digər bir səhər uçuşu — J2-805 nömrəli Bakı–Moskva reysi isə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönməli olub.

Bu məhdudiyyətlər növbəti uçuşların qrafikinə də təsir göstərdiyindən, həmin marşrutlar üzrə planlaşdırılan J2-186 və J2-806 nömrəli axşam reysləri təxirə salınıb.

AZAL yaranmış vəziyyəti operativ şəkildə izlədiyini bəyan edib.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya səmaları üzərindən uçan beynəlxalq aviaşirkətlərə və sığorta qurumlarına xəbərdarlıq edib. O bildirib ki, Rusiya üzərində dronların aktiv hərəkəti səbəbindən həmin ərazi mülki təyyarələr üçün təhlükəli zonaya çevrilir. Rusiyanın hava məkanının tamamilə bağlana biləcəyini vurğulayan Zelenski beynəlxalq şirkətləri və sığortaçıları bu riskləri ciddi nəzərə almağa çağırıb. (AzadlıqRadiosu)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Trampı belə aşağılayan olmamışdı: Zelenski ABŞ prezidentinə müharibə elan etdi

redaktor

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor