19 C
Bakı
20 Oktyabr 2026 20:26
Dünya

Eyfel qülləsində yanğın: Mindən çox insan təxliyə edildi

Fransanın paytaxtı Parisdə Eyfel qülləsində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə BILD yazır.

 

Hadisə yerində olan bütün insanlar təxliyə edilib və xilasedicilər yanğınla mübarizəyə başlayıblar.

 

Məlumata görə, hazırda Eyfel qülləsi bağlıdır. Yanğının qüllənin birinci və ikinci mərtəbələri arasındakı lift şaxtasında başladığı ehtimal edilir.

 

“Təxminən 1 200 nəfər təxliyə edilib. Məlumata görə, yanğınsöndürənlər yanğının səbəbinin kabelin həddindən artıq qızması olduğunu müəyyən ediblər”, – “Boulevard Voltaire” nəşri yazıb.

 

Bir müddət sonra yanğın söndürüldüyü barədə məlumat verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor