23.7 C
Bakı
29 İyun 2026 03:05
Dünya

Netanyahudan İran xalqına ÇAĞIRIŞ: “Ölkəniz düşünüldüyündən tez azad olacaq”

İsrailin Baş naziri Binyamin Netanyahu birbaşa İran xalqına videomüraciət edərək, ölkəsinin bütün qonşuları ilə sülhə nail olmağa çalışdığını və onların arasında azad İranı görmək istədiyini bildirib. Bununla belə, o əlavə edib ki, bu, tezliklə – çoxlarının düşündüyündən tez baş verə bilər.

 

Tacxeber.com xəbər verir ki, videomüraciət Netanyahunun “X” səhifəsində yerləşdirilib.

 

“Mən açıq şəkildə demək istəyirəm: İsrail sülh istəyir, biz həqiqətən sülh istəyən hər kəslə sülhün tərəfdarıyıq. Mən şübhə etmirəm ki, siz İran xalqı bunu bilirsiniz. Bilirəm ki, biz sizinlə sülh istəyirik, siz də bizimlə sülh istəyirsiniz, ancaq sizə zülm edən və bizi təhdid edən bir rejim altında əziyyət çəkirsiniz. Bu rejimin əslində nədən qorxduğunu bilirsinizmi? O, sizdən, İran xalqından qorxur. Bir gün bunun dəyişəcəyini bilirəm, bir gün İran azad olacaq.

 

Qadınlar, həyat, azadlıq – bu, İranın gələcəyidir, bu, dinc gələcəkdir və mən şübhə etmirəm ki, biz bu gələcəyi birlikdə və çoxlarının düşündüyündən də tez həyata keçirəcəyik. Mən bilirəm və inanıram ki, biz Yaxın Şərqi firavanlıq, tərəqqi və sülh qalasına çevirəcəyik”, – siyasətçi əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Aleksey Navalnının həyat yoldaşı barədə həbs qərarı verildi

redaktor

ABŞ-də qadınlar kütləvi şəkildə abort həbləri almağa başladılar – İLGİNC SƏBƏB

redaktor

Rusiyadakı azərbaycanlıların taleyi necə olacaq ?

admin