Cəmiyyət

Dövlət xəstəxanasının direktor müavini özəl klinika açdı – Foto

TƏBİB-in tabeliyindəki Şirvan Şəhər Mərkəzi Xəstəxanasının direktorunun cərrahi xidmətlər üzrə müavini (ümumi cərrah) Nəsib Səhratov yeni şirkət yaradıb.

 

Tacxeber.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, yeni təsis edilən kommersiya qurumu “Nəsib Tibb Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

 

Şirvan şəhəri, Vidadi küçəsi ev 35A ünvanında qeydiyyatdan keçən MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Səhratov Nəsiv Xuddam oğludur.

 

MMC-nin özəl klinika kimi fəaliyyət göstərəcəyi ehtimal olunur.

 

Qeyd edək ki, hazırda mərkəzi xəstəxananın direktor müavini vəzifəsində çalışan Nəsib Səhratov əvvəllər Şirvan Müalicə Diaknostika Mərkəzi PHŞ-in direktoru olub.

 

 

Oxşar xəbərlər

Biri var hörməti olmaya, biri də var zəhləsi gedə

redaktor

Qazi iki dəfə özünüqəsdə cəhd edib

admin

Əliyev və Heydərov ailələrinin Türkiyədən Londona, Dubaydan Bakıya uzanan biznes əlaqələri

admin