20 C
Bakı
20 Oktyabr 2026 19:04
Siyasət

Putinin qardaşı qızı müharibə ilə bağlı məxfi məlumatları AÇIQLADI: “On minlərlə əsgərimiz…”

Putinin qardaşı qızı müharibə ilə bağlı məxfi məlumatları AÇIQLADI: "On minlərlə əsgərimiz..."

Rusiya Prezidenti Vladimir Putinin qardaşı qızı və ölkənin müdafiə nazirinin müavini Anna Çivileva məxfi məlumatları açıqlayıb.

 

Tacxeber.combildirir ki, o, müharibədə iştirak edən əsgərlərə və onların ailələrinə dəstək məsələsini müzakirə edərkən Kremldə sirr olaraq saxlanılan cəbhədəki itkilərin ümumi sayını açıqlayıb. Çivileva müharibədə itkin düşən rus əsgərlərinin izini tapmaq istəyən qohumlarından on minlərlə ərizə aldıqlarını söyləyib. O,  Daxili İşlər Nazirliyinə 48 min DNT testinin aparılması barədə müraciətlərin daxil olduğunu vurğulayıb.

 

Rusiyanın müxalifət nəşri olan “Astra” qəzetinin xəbərinə görə, nazir müavininin açıqlaması noyabrın 26-da keçirilən iclasda qeydə alınıb. Çivilevanın bəyanatından dərhal sonra məsələyə Rusiya Müdafiə Komitəsinin sədri Andrey Kartapolov müdaxilə edib. Kartapolov sessiya iştirakçılarına xatırladıb ki, rəqəmlər tamamilə məxfidir və dərc edilməməlidir. “İndependent” qəzetində yer alan xəbərə görə, Anna Çivileva məsələ ilə bağlı ayrıca açıqlama verib. “Mən aldığımız müraciətlərin sayını açıqladım, itkilərin sayını deyil. Ona görə də bu rəqəm məlumat deyil, sadəcə aldığımız müraciətlərdir. İtkin düşən əsgərlərin çoxu tapılacaq”, – o bildirib.

 

Qeyd edək ki, Anna Çivileva Putinin ögey qardaşı Yevgeni Putinin qızıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor

Səudiyyə Ərəbistanı təhlükə altında: Husilərin hücumları və yeni təhlükəsizlik axtarışı

redaktor