Dünya

G20 sənəd qəbul etdi, Rusiyanın adı çəkilmədi

G20 liderlərinin qəbul etdiyi 22 səhifəlik sənədin yekun mətnində bir dəfə Ukraynanın adı çəkilir. Keçən il Dehlidə keçirilən sammitin bəyannaməsində olduğu kimi, Rusiyanın adı bir dəfə də olsun, vurğulanmayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə BBC-nin məlumatında deyilib.

“Biz xalqlar arasında dinc, dostluq və mehriban qonşuluq münasibətlərini təşviq etmək üçün BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün dəstəklənməsinə yönəlmiş bütün müvafiq və konstruktiv təşəbbüsləri alqışlayırıq”, – bəyanatın 9-cu paraqrafında qeyd olunub.

Bildirilib ki, G20 üzvləri birgə bəyanatda müharibənin insan əzabından və onun qlobal ərzaq və enerji təhlükəsizliyinə mənfi təsirindən şikayətləniblər.

Qeyd edək ki, 18-19 noyabr tarixlərində G20 liderlərinin Rio-de-Janeyroda sammiti keçirilib. Sammitdə Rusiyanı XİN başçısı Sergey Lavrov təmsil edib.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın çıxışı zamanı bu plakatı qaldıran şəxs həbs edildi – FOTO

redaktor

Ukrayna Rusiyanın ən qədim gəmisinə zərbə endirdi

redaktor

Kanadada sürücü avtomobili izdihamın üzərinə sürdü.

admin