Dünya

CHP-lilərin daxili işlər naziri ilə davası – Video

Türkiyənin Daxili işlər naziri Əli Yerlikaya müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları ilə dava edib.

Tacxeber.com Diken-ə istinadla xəbər verir ki, dava DİN büdcəsi ilə bağlı müzakirələr zamanı baş verib.

Nazir və onu müşayiət edən şəxslərin zalda görünməsi gərginlik yaradıb.

Deputatlar “qəyyumluq büdcəsinə yox” və “qəyyumluq xalqın iradəsinə zərbədir” yazıları ilə komissiyanın qarşısındakı zala daxil olublar.

CHP üzvləri bildirib: “Siz bizi Esenyurt bələdiyyəsinə qəbul etmədiniz, biz də sizi parlamentə qəbul etməyəcəyik”.

Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında, başda Esenyurt bələdiyyəsi olmaqla, 4 bələdiyyəyə qəyyum təyin edilməsinə etiraz edən CHP-li millət vəkilləri ilə AKP-li millət vəkilləri arasında dava başlayıb.

Əli Yerlikaya komissiya otağına çətinliklə daxil ola bilib.

Tacxeber.com

Oxşar xəbərlər

Dünya neft-qaz bazarında böhran şiddətlənir: Kim itirir, kim qazanır? – TƏHLİL

redaktor

TƏCİLİ: Rusiyalı hərbçilərin yataqxanasına zərbə endirildi, ölənlər var

redaktor

Ukraynalı kimsəsiz uşaqlar Türkiyəyə gətirildi

redaktor