DünyaİdmanQalmaqal

“Beşiktaş” – “Makkabi” oyunu bu iki ölkədən birində olacaq

“Beşiktaş”ın vitse-prezidenti Mete Vardar Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Makkabi”yə (Tel-Əviv, İsrail) qarşı keçirəcəkləri matç haqqında danışıb.

 

 Türkiyə mətbuatı xəbər verir ki, sözügedən matçın keçiriləcəyi yerin ən gec sabaha qədər məlum olacağını deyən M.Vardar görüşə azarkeşlərin buraxılması üçün cəhdlərinin davam etdiyini bildirib:

“Matçın keçiriləcəyi yer ən gec sabah dəqiqləşəcək. Oyun Macarıstanda və ya Almaniyada oynanılacaq. Oyuna azarkeşlərin buraxılacağı və ya buraxılmayacağı məsələsi də var. Bununla bağlı müraciətlər etmişik”.

 

Xatırladaq ki, İstanbulda keçirilməli olan “Beşiktaş” – “Makkabi” (Tel-Əviv, İsrail) matçının yeri noyabrın 4-d dəyişdirilib. Belə bir qərarın Türkiyə höküməti tərəfindən təhlükəsizlik səbəbindən verildiyi qeyd olunub. Qarşılaşma noyabrın 28-də oynanılacaq. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

İsraildə hökumət böhranı və Netanyahunun son oyunu

redaktor

Rostov vilayətinə dronlar hücum etdi: qatarlar dayandı, itkilər var

redaktor

Pezeşkian İranda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparacağına söz verib

redaktor