İdman

Vətən müharibəsi şəhidinin taekvondoçu qızı Avropa çempionu oldu – FOTO

Azərbaycanın kiçikyaşlı yeniyetmə taekvondoçuları Albaniyanın paytaxtı Tirana şəhərində keçirilmiş Avropa çempionatını 5 medalla başa vurublar.

 

Azərbaycan Taekvondo Federasiyasından Bizim.Media-ya verilən məlumata görə, yarışda Dərya Hüseynova (24 kiloqram) və Esmanur Azayeva (36 kiloqram) qızıl, Şahin Abdullayev (48 kiloqram) və Aliyə Məmmədli (+57 kiloqram) gümüş, Yusif Zeynallı (52 kiloqram) isə bürünc medal qazanıblar.

Avropa birinciliyində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxan D.Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhid olmuş Elbrus Hüseynovun qızıdır.


Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin