
“Beşiktaş”ın vitse-prezidenti Mete Vardar Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda “Makkabi”yə (Tel-Əviv, İsrail) qarşı keçirəcəkləri matç haqqında danışıb.
Türkiyə mətbuatı xəbər verir ki, sözügedən matçın keçiriləcəyi yerin ən gec sabaha qədər məlum olacağını deyən M.Vardar görüşə azarkeşlərin buraxılması üçün cəhdlərinin davam etdiyini bildirib:
“Matçın keçiriləcəyi yer ən gec sabah dəqiqləşəcək. Oyun Macarıstanda və ya Almaniyada oynanılacaq. Oyuna azarkeşlərin buraxılacağı və ya buraxılmayacağı məsələsi də var. Bununla bağlı müraciətlər etmişik”.
