Dünya

COP29-da Rusiya nümayəndə heyətinə Mixail Mişustin rəhbərlik edəcək – VİDEO

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Rusiya nümayəndə heyətinə ölkənin Baş naziri Mixail Mişustin rəhbərlik edəcək.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidenti Vladimir PutinSoçidə Valday Klubunun 21-ci illik toplantısında bildirib.

 

Putin jurnalistin “Sizi cənab İlham Əliyev COP29 konfransına dəvət edibmi?” sualına cavabında Rusiya lideri bildirib ki, konfransa dəvət alıb:

 

“Lakin bu yaxınlarda mən Azərbaycana səfər edərkən cənab Əliyevlə belə razılaşdıq ki, Rusiyanı konfransda Baş nazir Mixail Mişustinin rəhbərlik edəcəyi nümayəndə heyəti yüksək səviyyədə təmsil edəcək”.

 

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bir neçə gün sonra Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.


Tacxeber.com

Oxşar xəbərlər

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

redaktor

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor