Siyasət

İsrailin yeni müdafiə naziri əsas vəzifələrini açıqlayıb

 

İsrailin yeni müdafiə naziri İsrael Katz Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovların qaytarılmasını özünün əsas vəzifəsi adlandırıb.

 

“Report” xəbər verir ki, o, müvafiq bəyanatı “X”də paylaşıb.

 

Baş nazir Netanyahuya mənə göstərdiyi etimada görə təşəkkür edirəm. Biz birlikdə çalışacağıq ki, düşmənlərimiz üzərində qələbə qazanaq və müharibənin məqsədlərini həyata keçirək. Bu, ən mühüm missiya olaraq bütün girovların geri qaytarılması, Qəzzada “HƏMAS”ın məhv edilməsi və Livanda “Hizbullah”ın məğlubiyyəti, İranın təcavüzünün qarşısını almaq və İsrailin şimal və cənubunda yaşayanların sağ-salamat öz evlərinə qayıtmasıdır”, – deyə İsrael Katz bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail mediası: “Azərbaycan İsrail və Türkiyə arasında gərginliyi azaltmaq üçün vasitəçilik edir”

admin

Bizdən nəyi gizlədirlər…?

redaktor

Tramp Müctəba Xameneinin yaralandığını elan etdi və müharibəyə tez bir zamanda son qoyacağına söz verdi

redaktor