19 C
Bakı
20 Oktyabr 2026 21:29
Dünya

Türkiyədə protokol imzalandı, eşşəklər təqaüdə göndərildi – Foto

Türkiyənin Mardin şəhərində imzalanan protokol qeyri-adiliyi ilə diqqət çəkib.

 

Tacxeber.com NTV-yə istinadla xəbər verir ki, Mardinin Artuklu rayonunda zibil yığan eşşəklərin təqaüdə çıxması üçün protokol imzalanıb.

 

Artuklu bələdiyyəsi ilə Heyvan Haqları Federasiyası (HAYTAP) arasındakı protokol üçün bələdiyyənin iclas zalında imzalanma mərasimi təşkil olunub.

 

Artuklu bələdiyyə sədri Ali Amak zibil yığımı işləri üçün alternativ yolların araşdırıldığını söyləyib.

 

Əvvəlki dövrlərdə təxminən 80 heyvanın zibil yığılmasında istifadə edildiyi, tədricən bu sayın 20-yə endiyi bildirilib.

 

Bundan sonra artıq eşşəklər zibil daşımayacaq, təqaüdə çıxan heyvanlar üçün yaradılacaq fermada reabilitasiya olunacaqlar.

 

Qeyd edək ki, Artuklu rayonunda qorunan ərazilıərdəki küçələr dar və pilləkanlı olduğuna görə, zibillərin yığılması üçün eşşəklərdən istifadə olunurdu.

 

 

Oxşar xəbərlər

Türkiyənin “hassasiyeti”ləri

redaktor

Fransaya gülməzdən əvvəl tarixi öyrənin

redaktor

Türkiyə–Azərbaycan münasibətlərində sınaq: Qardaşlığı qoruyan kimdir, gərginliyi artıran kim?

redaktor