19 C
Bakı
20 Oktyabr 2026 23:03
Kriminal

Ödəmə terminalından oğurluq etmək istəyən şəxs ƏLƏ KEÇDİ

Zərdabda ödəmə terminalından oğurluq etmək istəyən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Ölkə.az-a verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə oktyabrın 27-də gecə saatlarında rayon ərazisində yerləşən obyektlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Nicat Gülmalıyev müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan türk jurnalisti beynəlxalq axtarışa verib

redaktor

Qəhrəmanlıq ailə xoşbəxtliyinə zəmanət deyil

redaktor

Qatı dindar imiş və qadınlara nifrət edirmiş

redaktor