Cəmiyyətİdman

Şahin Diniyev də istefa verdi

“Səbail”in baş məşqçisi Şahin Diniyev istefa verib.

 

O, bu haqda qərarını Misli Premyer Liqasının 12-ci turunda səfərdə “Kəpəz”ə qarşı matçdan (0:1) sonra açıqlayıb.

 

Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdiyini söyləyib.

 

Ş.Diniyev deyib ki, “Səbail”də bundan sonra nəyisə dəyişmək üçün özündə güc görmür:

 

“Mənə dedilər, səbr et. Amma bu materialla nəyisə dəyişəcəyimə özümdə güc görmürəm. Komandaya yeni nəfəs lazımdır. Bu, mənim yekun qərarımdır”.

 

Hələlik “Səbail” rəhbərliyinin bu qərara münasibəti bəlli deyil.

 

Qeyd edək ki, “Səbail” hazırda Misli Premyer Liqasında 12 oyundan 7 xalla 9-cu yeri tutur (10 komanda arasında). (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Dərs oxuyarkən saqqız çeynəyin – BİLİNMƏYƏN FAYDASI

redaktor

Çinlilərin ən böyük arzusu öz uşaqlarını Qərb universitetlərinə göndərməkdir.

admin

Özünü model kimi təqdim edən Tünzalə külli miqdarda pul mənimsədi

redaktor