19 C
Bakı
08 Oktyabr 2026 08:03
Dünya

Medvedevdən yadplanetlilərlə bağlı TƏKLİF

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmirti Medvedev yadplanetliləri müəyyən etmək üçün axtarış işlərinin aparılmasını təklif edib.

 

Tacxeber.com xəbər verir ki, o, bu barədə RT-yə müsahibəsində danışıb. Belə ki, Medvedev aramızda yadplanetlilərin ola biləcəyi ehtimalı və onlarla küçədə rastlaşmağın mümkün olub-olmaması ilə bağlı sualı gülüşlə qarşılayıb.

 

“Yaxşı, biz indi burada axtarış işləri aparmalıyıq. Bəlkə də kiminsə maskası cırılacaq. Amma belə olan halda, siz də, mən də yer kürəsinin maraqlarını müdafiə etmək üçün tapançamızı çıxarmalı olacağıq”, – deyə siyasətçi zarafat edib.

 

Telekanalın aparıcısı Rori Suçet isə xatırladıb ki, Medvedev daha öncə də “Qara geyimli adamlar” filminə yenidən baxmaq təklifi ilə oxşar sualdan yayınıb.(publika.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor