27.3 C
Bakı
31 İyul 2026 19:57
Cəmiyyət

Paytaxtda aramsız yağışın FƏSADLARI: Bakı küçələrində SON VƏZİYYƏT – VİDEO

Oktyabrın 21-i səhər saatlarından paytaxtda yağan aramsız yağış bir sıra fəsadlara səbəb olub.

 

Tacxeber.comxəbər verir ki, paytaxtın bəzi küçə və prospektləri suyun altında qalıb, buna görə də, axşama doğru tıxac problemi yaranıb.

 

Hazırda paytaxtın fərqli istiqamətlərində küçə və prospektlərdə güclü tıxac müşahidə olunur. Avtomobillər demək olar ki, hərəkət edə bilmir.

 

“Həmişə tez gedirdik, indi isə güclü tıxac var. Bir saatdan artıqdır ki, buradayıq. Əvvəl bu yolu 10 dəqiqəyə gedirdik”, – deyə narazı sürücülərdən biri bildirib. Tıxac səbəbindən avtobusların hərəkətində də çətinliklər yaşanıb. “Dayanacaqlarda millət doludur, avtobus yoxdur. Piyada gəlmişəm. Burada da avtobus zolağı çəkilsə idi, yaxşı olardı”, – paytaxt sakini deyib.

 

Ətraflı Baku TV-nin süjetində:


Tacxeber.com

Oxşar xəbərlər

“Vital Hospital” bağlandı

redaktor

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

redaktor

İdeoloji müstəqillik ən çətin yoldur

redaktor