19 C
Bakı
08 Oktyabr 2026 09:23
CəmiyyətİdmanQalmaqal

Santuşdan Emin Mahmudovla bağlı açıqlama

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş kapitan Emin Mahmudovla bağlı açıqlama verib.

 

O, UEFA Millətlər Liqasının 3-cü turunda sabah Tallində keçiriləcək Estoniya ilə oyun üçün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Mütəxəssis Emin Mahmudovun “Neftçi”nin heyətində son 3 oyuna çıxmadığına görə heç bir problemin olmadığını qeyd edib: “Ciddi bir problem hiss etməmişəm. Əhval-ruhiyyəsi yaxşıdır, heç bir psixoloji problemi yoxdur. Bilirik ki, Emin Mahmudov komandaya lazım olan oyunçulardandır. Əsas odur ki, o komanda üçün nəsə etməyə çalışsın. Hiss etməmişəm ki, hər hansı söhbət etmək lazımdır. Emin yaxşı vəziyyətdədir, özünü yaxşı hiss edir. Əsas odur ki, futbolçular mənə görə yox, Azərbaycana görə öz ürəklərini qoysunlar və oynasınlar”.

 

F. Santuş “Emin Mahmudov əsas heyətdə çıxmasa, kapitan kim olacaq?” sualına belə cavab verib: “Bu gün heç nə deyə bilmərəm. Başa düşürəm sizin işiniz budur. Amma siz də məni başa düşün”.  (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Mətbuatı hemorragik insult vəziyyətinə gətirən Rəşad Məcid” — Emil Rasimoğlu yazır…

redaktor

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

«Dövlət» əhəmiyyətli otel?

admin