
Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində fəaliyyət göstərən Bakı Fəvvarələrin İstismarı İdarəsinin tenderinin nəticələri ləğv edilib.
Tacxeber.comTribunainfo.az-a istinadla xəbər verir ki, bu haqda məlumat rəsmi qaynaqlarda yer alıb.
Məlumatda deyilir ki, sözügedən idarə 199.900,26 manatlıq dəftərxana və təsərrüfat mallarının satın alınmasını reallaşdırmaq niyyətində olub. Lakin AİİNBX qanunun 36.1.1-ci maddəsinin pozulmasını nəzərə alaraq, onun reallaşmasına qadağa qoyub.
