22.8 C
Bakı
10 İyun 2026 02:16
İdman

Dünya çempionatı: Azərbaycan akrobatları qızıl medalların sayını 4-ə çatdırdılar

 

Azərbaycanın akrobatika gimnastları Portuqaliyanın Qimarayeş şəhərində keçirilən dünya çempionatında növbəti qızıl medalı qazanıblar.

 

Azərbaycan Gimnastika Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük qarışıq hərəkətlərin icrasında yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Onlar ötən gün balans hərəkətlərdə birinci yeri tutublar.

 

Qeyd edək ki, daha əvvəl Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qarışıq və balans hərəkətlərdə qızıl mükafata sahib çıxıb. Akrobatika yığmamız isə komanda hesabında ikinci sırada qərarlaşıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Əsas məqsədimiz C Liqasına qayıtmaqdır”

admin

“Boz Qurd” işarəsi ilə dünya gündəminə düşən Merih Demiralın heykəli UCALDILDI – FOTO

redaktor

Azərbaycanda diktor matç zamanı VƏFAT ETDİ

admin