Cəmiyyət

Yağların qiymətində KƏSKİN ARTIM – 200 qramlığı 6 manat – FOTO

Yağların qiymətində KƏSKİN ARTIM - 200 qramlığı 6 manat - FOTO

Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur.

 

180-200 qramlıq yağların qiyməti 5 manatı keçib.

 

Belə ki, marketlərdə “Westgold”un 180 qramlığı 5 manat 44 qəpik, “Anchor”un 200 qramlığı isə 5 manat 28 qəpikdir.

 

Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:

 

“200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var mədəsində problem olur, başqa yağı yeyə bilmir. Məcburdur, bunlardan alsın. Amma qiymətlər “od tutub yanır”. Bütün məhsulların qiyməti qalxıb. Aldığımız maaş bazarlığa çatmır. Hər ay 1-2 manat qiymətlər artır. Belə olmaz axı!”.

Tacxeber.com

Oxşar xəbərlər

Təmir bəhanəsi, əlavə ödəniş reallığı

redaktor

Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə apelyasiya məhkəməsi başlayıb

redaktor

“Biz hələ “Tik Tok”un əxlaqımıza təsirində qalmışıq”- Zaurdan Rəşad Məcidə

redaktor