23.7 C
Bakı
29 İyun 2026 01:40
CəmiyyətSiyasət

Daha bir partiya sədri istefa verir

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiya sədri Mirmahmud Mirəlioğlu deyib.

 

Sədr bildirib ki, istənilən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır:

“Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs – sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istənilən yerdə və istəlinən zamanda mümkündür”.

 

Sədr deyir ki, bu prosesdə ciddi bir məsələ var:

“Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.

 

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn istefa verəcəyini deyib. Ötən gün isə REAL Partiyasının sədri İlqar Məmmədov istefasını açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

“İlham Əliyev mesaj verdi ki, biz Rusiyanın yox, türk dünyasının çətiri altındayıq”

redaktor

Milli Məclisdə “Media haqqında” Qanuna dəyişikliklər təsdiqlənilib

admin

Şərqin ilk Cümhuriyyətinin Novruz bayramı ilə bağlı tədbirləri

redaktor