Sağlamlıq

Elektron siqaret istifadəçilərinə daha bir BƏD XƏBƏR

 

Siqareti tərgitmək üçün çox vaxt üstünlük verilən elektron siqaretlərin zərərləri saysız-hesabsızdır. Mütəxəssislər elektron siqaretin daha bir zərərini açıqlayıblar.

 

Tacxeber.comPublika.az-a istinadən xəbər verir ki, elektron siqaretlər infarkt və ağciyər xəstəliklərinə səbəb olur.

 

Bununla bağlı türkiyəli həkim Asım Enhoş açıqlama verib. O, elektron siqaretin sağlamlığa təsiri ilə bağlı araşdırmalara istinad edərək xəbərdarlıq edib:

 

“Elektron siqaretlər tərkibində nikotin olan mayenin qızdırılması nəticəsində əmələ gələn aerozolların tənəffüs edilməsi nəticəsində istifadə edilir. Bu aerozollar ağciyərlərə daxil olduqda qıcıqlanma və iltihaba səbəb ola bilər. Ağciyərlərə ciddi ziyan vura bilən elektron siqaretlər astmaya səbəb ola bilər. Elektron siqaretlə adi siqaretlər arasında bəzi fərqlər var. Araşdırmalar göstərir ki, elektron siqaretdən istifadə edənlərdə infarkt riski 2 dəfə artır. Elektron siqaretlər immun sisteminə mənfi təsir göstərir”.

Tacxeber.com

Oxşar xəbərlər

Dietik şəkərlər, zero içkilər nə üçün zərərlidir?

redaktor

Alimlər yaddaşı bərpa edən və Altsheymer xəstəliyinin qarşısını ala bilən burun damcısı hazırlayıblar

redaktor

Qadın və kişi həkim

redaktor