23.7 C
Bakı
29 İyun 2026 01:10
Cəmiyyət

Vasif Talıbov sosial şəbəkələrdə – FOTO

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov “Facebook”a gəlib.

 

Qaynarinfo xəbər verir ki, keçmiş Ali Məclis sədrinin “Facebook” hesabı avqustun 11-də yaradılıb.

 

Elə həmin gündən də paylaşımlar edilib. Paylaşımlar əsasən Vasif Talıbovun keçmiş fəaliyyət dövrünü əhatə edir.

Məlumata görə, profili Vasif Talıbovun özü idarə etməsə də, paylaşımlar onunla razılaşdırılır.

 

Eyni zamanda məlum olub ki, keçmiş Ali Məclis sədrinin adına “Instagram”, X və “TikTok” platformalarında da hesab yaradılıb.

 

Qeyd edək ki, Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olub.

Tacxeber.com

 

 

Oxşar xəbərlər

Bir-birini didən müxalifət xalqın fürsətini əldən verir

redaktor

Ailəsi: “Fazil Qasımov qan qusur, tibb məntəqəsinə köçürülmür”

admin

SOS – Əvəz Zeynallıda bədxassəli şiş aşkar edilib, bu günlərdə “ximiya”ya başlayacaqlar.

admin