22.7 C
Bakı
09 İyun 2026 11:14
İdman

Eko fəallar Messinin evinin divarlarını boyadılar – Futbolçu təzminat tələb edir – FOTO

 

 

İspaniyanın “Futuro Vegetal” ekoloji təşkilatının üzvləri məşhur futbolçu Loonel Messinin İbizadakı malikanəsinin ərazisinə daxil olaraq açıq rəngli binanın fasadını qırmızı və qara boya ilə boyayıblar.

 

Tacxeber.com xəbər verir ki, “As” nəşrinin məlumatına görə, bu yolla fəallar hökumətin iqlim böhranı ilə bağlı siyasətinə etiraz ediblər.

 

Lionel Messi evini boya ilə örtən ətraf mühit fəallarına qarşı məhkəmə iddiası qaldırıb, futbolçu 50 min avro təzminat tələb edir.

 

Futuro Vegetal nümayəndəsinin sözlərinə görə, futbolçunun irəli sürdüyü tələblər çox yüksəkdir, çünki fasad su əsaslı boya ilə rənglənib və su ilə yuyula bilər.

 

Öz növbəsində Argentina prezidenti Xavyer Miley fəalların hərəkətlərini tənqid edərək, onların hərəkətlərini qorxaqlıq və cəfəngiyyat adlandırıb.


Tacxeber.com

Oxşar xəbərlər

İsveçli futbolçu Azərbaycana məğlubiyyəti “biabırçılıq“ adlandırdı

redaktor

“Fransada hər kəs Azərbaycan himnini ayaq üstə dinləyəcək”

redaktor

Argentina hakimiyyəti izdiham səbəbindən milli komandanı helikopterlə təxliyə edib

redaktor