Cəmiyyət

Deputatın rektor olduğu universitet cərimələnir

 

Azərbaycan Kooperasiya Universiteti barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

 

“Qaynarinfo”ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb.

 

Bu maddəyə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan beş gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilirlər.

 

İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.

 

Qeyd edək ki, Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyevdir.

Tacxeber.com

Oxşar xəbərlər

Şahin Diniyev də istefa verdi

admin

Bu gün vəfat edən Tağı Əhmədov kimdir – DOSYE

redaktor

Elşad Miridən Ramazan açıqlaması: “Ya dinini, ya da özünü dəyiş”

redaktor