22 C
Bakı
09 Oktyabr 2026 22:38
Dünya

Yerdə güclü maqnit qasırğası başlayıb

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

 

“Report” xəbər verir ki, bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

 

Qeyd olunub ki, Yerin maqnit sahəsində pozulma G3 səviyyəsinə çatıb.

 

Bu hal Yer kürəsində enerji sistemlərində problemlər yaradır. Peyk və aşağıtezlikli radionaviqasiyada və yüksəktezlikli radiorabitədə fasilələr baş verə bilər.

 

Bundan əvvəl “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Yer kürəsində G1 sinifli (zəif səviyyə) maqnit qasırğasının başladığını bildirmişdi.

 

Yerin maqnit sahəsində pozulma dərəcəsi alimlər tərəfindən beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif narahatlıq, G5 isə ən güclü maqnit qasırğasıdır.

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor