24.2 C
Bakı
28 İyun 2026 19:30
Cəmiyyət

Azərbaycanda məşhur malikanə rekord qiymətə satıldı – Foto

 

Bir neçə il əvvəl sosial şəbəkələrdə heykəllərlə bəzədilmiş fotoları yayılan məşhur villa satılıb.

 

Tacxeber.com Titul.az-a istinadən xəbər verir ki, Novxanıda yerləşən saray 6 milyon manatdan baha satılıb. Onu alan şəxs sözügedən malikanəni otel kimi istifadəyə verməyə hazırlaşır.

 

Qeyd edək ki, bu əsrarəngiz saray Xəzər dənizi sahilində, ümumilikdə 0,45 hektar ərazini əhatə edir. 1500 kvadrat metr sahəyə malik olan villa möhtəşəm dizaynı ilə gözoxşayır.

 

Xatırladaq ki, villanın əvvəlki sahibi 60 yaşlı Bəxtiyar Dali kimi tanınan şəxsdir. O, Rusiya vətəndaşı olduğunu, uzun illər bu ölkədə hərbi mühəndis işlədiyini və təqaüdə çıxdıqdan sonra Azərbaycanda ata yurdunda yaşadığı bu malikanəni inşa etdirdiyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

admin

Ələsgər Məmmədli: “Həkimlər əməliyyat olunmağım üçün sənəd verməyə qorxurlar”

admin

Tofiq Yaqublu ilə bağlı YENİ XƏBƏR

redaktor