23.7 C
Bakı
29 İyun 2026 01:42
Sağlamlıq

Bu çərəz qanda “pis” xolesterinin səviyyəsini azaldır

 

 

Cənubi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, badam yemək orqanizmə faydalı təsir göstərir. Bu çərəz çəki və qanda “pis” xolesterinin səviyyəsini azaltmağa kömək edir.

 

Nəticələr “Obesity” elmi jurnalında dərc olunub.

 

Müəlliflər iki qrupa bölünmüş 140 nəfərdən ibarət nümunə seçiblər. Birinci qrupun pəhrizinə badam daxil olub, ikincinin pəhrizinə isə yox. Subyektlər üç ay ərzində xüsusi pəhriz edib. Alimlər təcrübənin sonunda və əvvəlində bütün iştirakçıların sağlamlıq göstəricilərini ölçüb.

 

Nəticələr göstərdi ki, bu qida daha uzun müddət toxluq hissini saxlamağa, bu da öz növbəsində arıqlamağa kömək edir. Həmçinin xolesterinin səviyyəsini normallaşdıraraq və bədəndəki iltihabı azaldaraq ürək-damar sağlamlığını dəstəkləyir.

 

Alimlərin fikrincə, bu təsiri badamın zülal, lif, doymamış yağlar və antioksidantlarla zəngin olması ilə izah etmək olar.

Tacxeber.com

Oxşar xəbərlər

Bəzi AĞRIKƏSİCİLƏR ağrını daha da artıra bilər – Terapevtdən AÇIQLAMA

redaktor

Türkiyədə əməliyyat zamanı həkimdən qeyri-adi addım

admin

Mətbəximizdə gizli təhlükəyə çevrilən falqalar: Adamı dəli edir – Mütəxəssis AÇIQLADI

redaktor