İdman

General Qurban Qurbanova “zerkalnıy” nömrə hədiyyə etdi

 

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova jest edib.

 

Tacxeber.com Sportinfo.az-a istinadən xəbər verir ki, o, Ağdam klubunun çalışdırıcısına “77-QQ-777” seriyalı dövlət nömrə nişanı bağışlayıb.

 

Bu da təsadüfi deyil. Generalın futbola böyük həvəsi var. “Qarabağ”ı xüsusən diqqət mərkəzində saxlayır.

 

Öncəki illərdə “Turan Tovuz”a maddi dəstək vermiş R.Zeynalov ara-sıra stadiona da baş çəkir, “köhlən atlar”ın avrokuboklarda keçirdiyi ev oyunlarını izləyir.

Tacxeber.com

Oxşar xəbərlər

İki span klubu ÇL-də mübarizəni dayandırdı

admin

Alman futbolçu “Bakılı balası” ilə rəqs etdi – VİDEO

redaktor

“Neftçi”yə keçməyimdə Bakını sevən sevgilimin rolu olub” – Filip Ozobiç

admin