19 C
Bakı
10 Oktyabr 2026 04:19
Cəmiyyət

Azərbaycanın məşhur xəstəxanalarında nə baş verir? – Vəzifəli şəxslər ard-arda istefa verirlər

 

Ötən gün Azərbaycan Tibb Universitetinin (ATU) iki xəstəxanasına yeni direktorlar təyin edilib. Buna səbəb isə sözügedən xəstəxanaların baş həkimlərinin istefa etməsi olub.

 

Tacxeber.comxəbər verir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, Tədris Cərrahiyyə Klinikasının direktoru Cavid Paşayev və Tədris Terapevtik Klinikasının direktoru Fərid Eyvazov hər ikisi vəzifəsindən istefa verib.

 

Bundan başqa, Tədris Cərrahiyyə Klinikasının baş həkimi professor Fariz Camalovun da ərizə yazması ilə bağlı məlumat yayılıb.

 

Onların istefa səbəbi hələlikməlum deyil.

 

Xatırladaq ki, ATU Tədris Cərrahiyyə Klinikasının (TCK) direktoru vəzifəsinə III cərrahi xəstəliklər kafedrasının dosenti Əsədulla Sultanov, Tədris Terapevtik Klinikasına xəstəxananın direktoru vəzifəsinə ali təhsil müəssisəsinin I Daxili xəstəliklər kafedrasının müdiri, professor Vəsadət Əzizov təyin olunub.

 

Tədris Cərrahiyyə Klinikasının baş həkim vəzifəsinə isə Neyrocərrahiyyə kafedrasının dosenti, TCK-nın Neyrocərrahiyyə şöbəsinin müdiri Cəmil İskəndərov təyin edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Din – Siyasətdir…

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor

Hicab davası: Allahın əmri, qadının seçimi, yoxsa siyasət?

redaktor