29 C
Bakı
13 Avqust 2026 12:18
Maraqlı

Bill Qeyts inəklər üçün “iqlim peyvəndi” hazırlayır

Bill Qeyts inəklər üçün

“Microsoft” şirkətinin yaradıcısı Bill Qeyts inəklər üçün “iqlim peyvəndi” hazırlayır.

 

“ArkeaBio” artıq yeni bir peyvənd hazırlamağa başlayıb və A seriyası üçün 26,5 milyon dollar vəsait toplayıb.

 

Belə ki, çılğın elm adamları inəklərin və digər ət yeyən heyvanların metan emissiyalarını, məsələn, qazı buraxmasını dayandıracaqlar.

 

Məlumata görə, “ArkeaBio” ilk böyük sərmayəsini 2022-ci ilin sonunda amerikalı iş adamı Bill Qeyts tərəfindən təsis edilmiş “Breakthrough Energy Ventures” investisiya fondundan alıb.

 

Dünya İqtisadi Forumu (WEF) planı dəstəkləyərək, bunun “iqlim böhranına mühüm cavab” olduğunu bildirib.

 

Britaniyanın əczaçılıq nəhəngi “GlaxoSmithKline” (GSK) dekabr ayında öz saytında yazıb ki, “İqlim dəyişikliyi qarşısında vaksinlər kritik, lakin qiymətləndirilməmiş rol oynayır”.

 

Qeyd olunub ki, koronavirus peyvəndinin istehsalçısı olan “AstraZeneca” şirkəti də öz iqlim vaksinlərinin istehsalında iştirak etmək istəyir.(musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər

Allah istəsəydi, bizi başqa cür də yarada bilərdi…

redaktor

Eldar İsmayıloğlu poeziyasında psixoloji qaranlıq

redaktor

Özünə sevgini necə inkişaf etdirmək olar?

redaktor