
Baku TV-də jurnalist Afaq Hüseynovanın təqdimatında Vətən müharibəsi şəhidi Abbas Əliyev haqqında reportaj efirə gedib.
Azərbaycan Ordusunun əsgəri olan Abbas Əliyev Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 2020-ci ilin noyabrın 2-də Xocavənd döyüşləri zamanı şəhid olub.
Oğlu ilə bağlı xatirələrini bölüşən şəhid anası Təranə Əliyeva onun müharibəyə yollanmasından danışıb:
“Müharibə başlayanda dedi ki, mən mütləq getməliyəm. Yük daşıyırdı, Xızıya mal aparmışdı. Gəlib dedi ki, gedirəm. Söylədim ki, Abbas, bəlkə nə vaxt çağırsalar, onda gedəsən. Dedi ki, mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin?!”.
T.Əliyeva Abbasın şəhid olmasını öyrənməsindən bəhs edərkən qeyd edib ki, ona əvvəlcə oğlunun yaralandığı deyilib:
