22.5 C
Bakı
29 İyun 2026 07:04
Cəmiyyət

Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulub? – Açıqlama

Sosial şəbəkələrdə sabiq xarici işlər naziri Elmar Məmmədyarovun ölkədən çıxışına qadağa qoyulduğu iddia edilir. Qadağanın onun nazir vəzifəsindən azad olunduqdan sonra qoyulduğu bildirilir.

 

Məsələ ilə bağlıGlobalinfo.az-a danışan sabiq nazir Elmar Məmmədyarov xəbəri təkzib edib.

 

O, son dəfə 1 ay öncə xarici ölkəyə səfər etdiyini bildirib:

 

“Yazılanların hamısı yalandır. Vəzifədən azad olunduqdan sonra dəfələrlə xarici ölkələrə getmişəm və heç bir problemlə üzləşməmişəm. Yazılanlara inanmayın, əsasssızdır. Düzdür, əvvəl pandemiyaya görə heç bir ölkəyə getmək olmurdu, amma sonralar yollar açıldı deyə rahat gedib-gələ bildim. Sonuncu dəfə 1 ay əvvəl xanımımla bərabər Yaponiyaya azərbaycanlı dostumun qızının toyuna getmişdim. Nədənsə, əksəriyyət sosial şəbəkələrdə insanları şərh yazıb, tənqid etməyə çalışır. Mənim heç kimlə işim yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər

Bəxtiyar Hacıyevin həbsdən müraciəti yayıldı

redaktor

“Namiq Qaraçuxurlu Foruma meyxana deməyə getmişdi?”- Əli Mirəliyev

admin

“Talassemiya işi”: Uşağımın vəziyyəti ağırdır, pulumu qaytarsınlar

admin