Cəmiyyət

Məleykə Abbaszadədən gənclərə ÇAĞIRIŞ: “Özlərini aldatmasınlar”

“Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir. Gənclər gələcəkdə nə ilə məşğul olmaq istədiklərini anlamalıdırlar”.

 

Tacxeber.com xəbər verir ki, bu fikirləri “Azərtac”a açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

 

DİM sədrinin fikrincə, yalnız kifayət qədər bal toplamaq, hansısa ixtisasa qəbul olmaq düzgün yanaşma deyil:

 

“Belə olduqda abituriyentlər 4 il itirirlər. Sual verməlidirlər, nə üçün o universitetə gedirlər, hansı ixtisasla məşğul olmaq istəyirlər? Gənclər arzulamağı bacarmalıdırlar. Arzuları onların gələcək həyatlarında yalnız hansısa maddi maraqlarla əlaqələndirilməməlidir. Nə ilə məşğul olacaqlar? Hansı töhfəni verə biləcəklər? Mütəxəssis kimi özlərini hansı sahədə görürlər?

 

Bu suallara cavab tapmalıdırlar, özlərini aldatmasınlar. Çox zaman insanlar özlərini aldadırlar ki, “bacarıram, amma oxumuram”. Bu, yalandır. Oxumağı bacaran oxuyur və nəticə əldə edir”.

Tacxeber.com

Oxşar xəbərlər

Xalq belə olmur, kütlə belə olur! Azərbaycan insanı haçan öz taleyinə sahib çıxacaq?

redaktor

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor