Cəmiyyət

Tiktoker Adəmin atası həbs edildi

Sosial şəbəkələrdə Adəmin atası kimi tanınan Sadiq Mirzəyev həbs olunub.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

 

Barəsində dəfələrlə tədbir görülməsinə baxmayaraq 1988-ci il təvəllüdlü, “Adem.Mirzeyev” profili ilə tanınan Sadiq Mirzəyev yenidən məsuliyyətə cəlb edilib.

 

Müvafiq qərarla S.Mirzəyev 30 sutka inzibati qaydada həbs edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Fatimə Mövlamlı: “Yazıma görə ailəmlə görüşlərimi ləğv edəcəklər”

admin

Giləzi-Quşçuluq”da 400 tondan artıq yararsız toyuq əti: direktor həbs edilib

admin

Süni intellekt insanlığın həyatı üçün təhlükəyə çevrilib

redaktor