
İsveçrənin cənubunda bələdçi və turistləri daşıyan helikopter qəzaya uğrayıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Vale kantonunun polis idarəsi məlumat yayıb.
Bildirilir ki, təxminən 3700 metr yüksəklikdə zirvəyə çırpılan helikopter qərb yamacına doğru sürüşüb. Qəzada yaralanan 2 nəfər xəstəxanaya çatdırılıb. Digər 3 nəfər isə hadisə yerində həyatını itirib.

