“Dünya üçün ən böyük təhlükə Putinin antiutopiyasıdır, çünki Ukraynanın müharibədə məğlub olacağı təqdirdə qonşu ölkələr növbəti menyu olacaq…”
“NATO hazırda daha böyük, daha güclü və daha təcrübəlidir, nə qədər ki, biz birlikdəyik, Oruell dünyasının heç vaxt gəlməyəcəyinə ümid var…”
Dünyada xaos yaradan kimlərdir?..
Dünya müharibədən sonrakı “soyuq müharibə” dövründən müharibədən öncəki dövrə qədəm qoyub.
Bu barədə Böyük Britaniya müdafiə naziri Qrant Şepps Britaniyanın “The Telegraph” nəşrində yazıb.
“Rusiya qonşularımızı təhdid edir. Çin getdikcə daha da aqressivləşir. İran Yaxın Şərqdə regional xaos yaratmaq üçün özünün etibarlı şəxslərindən istifadə edir. Şimali Koreya isə daima özünün nüvə qılıncını oynadır. Bu pisniyyətli qüvvələr getdikcə daha da birləşir və bizim demokratiyamızı hədəfə alır”, – nazir yazıb.
Bu məqalə NATO-nun əsasının qoyulmasının 75 illiyinə həsr edilib, burada Şepss Şimali Atlantika Alyansının xidmətlərini sadalayır, lakin müasir dünyanın çağırışlarını da unutmur.
Onun sözlərinə görə, bu dünyada Corc Oruellin “Böyük qardaşı dəmir əllə hakimlik edir, dezinformasiya həqiqəti təhrif edir, insanlar hələ qeyri-müəyyən olan dəhşətlərdən təlatüm keçirir”.
Şepss “Putinin antiutopiyasını” ən böyük təhlükə hesab edir, çünki, böyük ehtimalla, Ukraynanın Kremlin törətdiyi müharibədə məğlub olacağı təqdirdə “qonşu ölkələr növbəti menyu olacaq”.
Kremlin bu təhlükəsinin aradan qaldırılması üçün Şepss NATO-ya aşağıdakılara çağırış edib:
– ilk növbədə Ukraynaya dəstək üzrə səyləri iki dəfə artırmaq;
– müdafiə xərclərini artırmaq;
– Şimali Atlantika Alyansının ümumi müdafiə qabilyyətini möhkəmləndirmək.


