19 C
Bakı
10 Oktyabr 2026 15:25
Hadisə

“TikTok”er qızlar Bakıda ağır qəzaya düşdü – FOTO

Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.

 

Tacxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə Zərifə Əliyeva küçəsində baş verib.

 

Belə ki, “Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək işıqforun qırmızı işığında dayanan eyni markalı maşına çırpılıb.

 

Toqquşma nəticəsində avtomobildə olan Cəmilə Əliyeva Fərid qızı və Ələkbərova Ləman Nəcəf qızı ağır bədən xəsarətləri alıb.

 

Onlar xəstəxanaya yerləşdirilib. Faktı Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

 

Qeyd edək ki, C.Əliyeva və L.Ələkbərova “TikTok” fenomenləridir.

Tacxeber.com

Oxşar xəbərlər

AZAL-ın Moskva reysləri təxirə salınıb

admin

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin