22.5 C
Bakı
28 İyun 2026 11:40
Cəmiyyət

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı – VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, “Quran”ın rusca və azərbaycanca tərcüməçisi  Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb.

 

Bu barədə Yenisabah.az-a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış alim kirayə pulunu ödəyə bilmədiyi üçün evdən çıxarılıb. O, dünən əşyaları və əlyazmaları ilə birlikdə küçədə gecələyib.

 

Alimin 5 mindən artıq kitabının olduğu bildirilir.

 

Fazil İsmayılov Yenisabah.az-a açıqlamasında haqqında yayılan xəbərləri təsdiqləyib. Alim üzləşdiyi durumu “faciə” adlandıraraq, bu barədə ətraflı danışmaq istəməyib.

 

Fazil İsmayılovun kömək üçün Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdiyi bildirilir.

 

Oxşar xəbərlər

Deməli, 160 000 + valideyn uşağının savadsız olmasının könüllü tərəfdarıdır.

admin

Marketlərdə satılan ƏRİMİŞ ŞOKOLADLAR – TƏHLÜKƏLİDİRMİ?

redaktor

Cənubi Koreyada paytaxt küçələrinə ağır texnika yeridildi

admin