DünyaMuharibəSiyasət

“NATO Rusiya ilə potensial müharibəyə hazırdır”.

Bu sözləri NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer Kiyevə səfəri zamanı “Army Inform” nəşrinə müsahibəsində deyib.

 

“Biz hazırıqmı? Cavab: Bəli! Bu bizim qarşımıza qoyduğumuz əsas məqsəddir – hazır olmaq. Əgər bu gün baş verərsə, o zaman əlimizdə olanlarla mübarizə aparmalıyıq. Bu, həmişə bu günə hazırlıqlı olmaq və eyni zamanda gələcək üçün imkanları təkmilləşdirməyin kombinasiyasıdır”, – deyə Bauer vurğulayıb.

O qeyd edib ki, NATO Rusiya ilə münaqişənin mümkünlüyü barədə hələ 2014-cü ildə Krımın işğalından sonra düşünməyə başlayıb.

“Bu, çox vacib bir məqam idi ki, NATO-nun kollektiv təhlükəsizliyə qayıtmağın zəruri olduğunu anladıq. Bu, bizim əsas məqsədlərimizdən biridir. Çünki son 20-30 il ərzində biz yalnız böhran vəziyyətlərinə reaksiya verilməsi üzərində cəmləşmişdik”, – deyə rəsmi əlavə edib.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor