Dünya

“Seçilməsəm, ölkə qan gölünə çevriləcək” – Tramp amerikalıları HƏDƏLƏDİ

ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gəlmədiyi təqdirdə ABŞ-ın “qan gölünə” çevriləcəyinə inanır.

 

Tacxeber.com xəbər verir ki, o bu barədə şənbə günü Ohayo ştatının Dayton şəhərində tərəfdarları qarşısında çıxış edərkən danışıb.

 

“Seçilməsəm, qan gölməçəsi olacaq. Və bu baş verəcək ən az şeydir”, – deyə Tramp bildirib.

 

O, Baydeni Amerika demokratiyası üçün təhlükə adlandırıb:

 

“Baydenin bütün fəlakətlərini aradan qaldırmağın ən asan yolu məni Ağ Evə qaytarmaqdır. Və biz bunun öhdəsindən gələcəyik. Biz ABŞ-ı yenidən böyük ölkəyə çevirəcəyik”, – deyə Tramp əlavə edib..

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellekt insanlığın həyatı üçün təhlükəyə çevrilib

redaktor

Gürcüstan etdi, Azərbaycan niyə bacarmadı?

redaktor

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor