27 C
Bakı
21 Avqust 2026 01:09
Mədəniyyət

Afaq Bəşirqızı ÜSYAN ETDİ – Niyə Məleykə Əsədovadan yazmırlar?

Bir müddət öncə Xalq artisti Afaq Bəşirqızının görüntüsü müzakirələrə səbəb olmuşdu. Onun yeriməkdə çətinlik çəkdiyi iddia olunurdu. Martın 8-də isə Xalq artisti “Bu şəhərdə” komandasının tamaşasında görüntülənmişdi.

 

Afaq Bəşirqızının səhhəti ilə maraqlanmaq üçün onunla əlaqə saxladıq.

 

Xalq artisti Musavat.com-a açıqlamasında bildirdi ki, özünü çox yaxşı hiss edir:

 

“Heç gör, Məleykə Əsədovadan yazırlar ki, qəşəng oxuyur, qəşəng səsi var. Nadir istedaddır, amma bu haqda yazmırlar”.

 

Afaq Bəşirqızı səhnəyə qayıtmaq istəyindən də danışdı: “Bəli, teatra gedirəm, sıx əlaqəm var. Bayram ərəfəsi olduğu üçün teatrda işlər çoxdur. Hazırlanan tamaşalar var. Səhnəyə qayıtmaq fikrim var. Sadəcə, Əməkdar artist Ələkbər Əliyev belindən cərrahiyyə əməliyyatı olunub. Bu vəziyyətdə rol ifa edə bilməz. İstəyirik, “Toya bir gün qalmış” tamaşasını oynayaq. Yeni bir tamaşa da var. İndidən bu haqda danışmaq istəmirəm, bu barədə ilk açıqlamanı sizə verəcəyəm”.

Tacxeber.com

Oxşar xəbərlər

Sən görən dünyadı, Cavid Əfəndi…

redaktor

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor